Finss.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, avqust ayında ölkədə illik inflyasiya 32,95% təşkil edib. Bu göstərici ardıcıl 15-ci ay yavaşlama ilə xarakterizə olunur və 2021-ci ilin noyabrından bəri ən aşağı səviyyədir. İyul ayında inflyasiya 33,52% olmuşdu.
Analitiklər inflyasiyanın daha da azalaraq 32,6%-ə enəcəyini gözləsələr də, göstəricilər proqnozdan bir qədər yüksək qalıb. Ərzaq və alkoqolsuz içkilər 33,3%, spirtli içkilər və tütün məhsulları 29,7%, geyim və ayaqqabı 9,5%, kommunal xidmətlər isə 53,3% bahalaşıb. Mehmanxana, kafe və restoranlarda qiymətlər 34%, nəqliyyat xidmətləri 24,9%, tibbi xidmətlər 36,6%, təhsil xərcləri isə 60,9% artıb.